Jirinovski «arzuolunmaz şəxs» elan edildi

15 May 2013 19:20 (UTC+04:00)
Qırğızıstan Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jiriniovskini "arzuolunmaz şəxs" elan edib. Təklif müxalifət partiyası olan "Ata yurdu" Partiyasının parlamentdəki nümayəndəsi Jıldızxan Coldoşovdan gəlib. O, çıxışında Jirinovskinin bəyanatlarını ölkəsi üçün ziyanlı hesab edib.

Deputatların qəzəbinə isə Jirinovskinin İssık-Kul gölü ilə bağlı səsləndirdiyi fikirlər səbəb olub. Rusiyalı siyasətçi gölün Rusiyaya bağışlanmasını istəmişdi.

Parlamentin qərarına əsasən Qırğızıstanın Xarici İşlər Nazirliyi müvafiq prosedurları həyata keçirəcək.

Elnarə
AzNews.az