Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradıldı

23 Sentyabr 2019 19:23 (UTC+04:00)

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 21-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Süni Mayalanma Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, Maliyyə və Kənd Təsərrüfatı nazirlikləri sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.(report.az)

AzNews.az