Sürücü sükan arxasında öldü

23 Sentyabr 2019 20:30 (UTC+04:00)

Neftçalada 36 yaşlı kişi sükan arxasında ölüb.

Rayonun Xıllı qəsəbəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Elçin Oqtay oğlu özünə məxsus avtomobildə ölü tapılıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə və meyitə baxış keçirib, meyitin daxili və xarici müayinəsi aparılıb.

Meyit üzərində heç bir xəsarət aşkarlanmayıb. İlkin araşdırmalar zamanı E.Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az