“Gültəkin Hacıbəyli saxta profillə məni kölgə kimi təqib edirdi” - Aynur Camalqızı

23 Sentyabr 2019 21:04 (UTC+04:00)

"Gündəlik Teleqraf" MMC-nin direktoru Aynur Camalqızı özünün sosial şəbəkədəki hesabında status paylaşıb.

AzNews.az statusun əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi təqdim edir:

"Mən tənqidə mümkün qədər dözümlüyəm - hər halda, özümə belə gəlir. Siyasi baxımdan, etik çərçivələr daxilində nə desəniz, qəbulumdur. Çünki dənizə girdinsə, islanacaqsan. Bunun başqa variantı yoxdur. Mən də bu yolu, ictimai-siyasi fəaliyyəti könüllü və şüurlu şəkildə seçmişəm. Anlayıram ki, haqlı və ya haqsız iradlar, tənqidlər, bəyənməmələr həmişə olacaq. Qeyri-təvazökarlıq çıxsa da, bu fikri çox bəyənirəm: müzakirə olunuramsa, demək, varam. Daşı həmişə barlı ağaca atırlar. Amma... Və lakin gizli nik-neymlərlə söyüş söyən, təhqir edən, çamur atanlar var ha... Onları başa düşməkdə həmişə zorlanmışam. Facebooka gəldiyim gündən Turkel Oğuz isimli birisi kölgə kimi arxamca gəzərək harda haqqımda bir status yazılıbsa, harda özüm bir şərh yazmışamsa, dərhal peyda olub və... elə dəhşətli təhqirlər yağdırıb ki, hər dəfə rastlaşanda bütün bədənim əsib, sarsılmışam və saatlarla özümə gələ bilməmişəm. İnsanlığa, normal təfəkkürə, normal əxlaqa sığmayan elə şərlər, elə böhtanlar yazıb ki, sözün bütün mənalarında, şok keçirmişəm.

Profilinə çox sevdiyim Atatürkün fotosunu yerləşdirmiş bu varlığın kimliyini uzun müddət düşündüm. Ağlıma daha çox vaxtilə təmsil olunduğum partiyanın bəzi “kişi” üzvləri gəlmişdi, amma bir qadın tərəfindən belə əxlaqsız hücumu -özü də gizli adla - aglımın ucundan keçirməmişdim. Kainat bütün pisliklərin üstünü açır. Gec və ya tez. Bu gün bir daha əmin oldum. Məlum oldu ki, Turkel Oğuz isimli bu “cənab” Gültəkin Hacıyevanın (Hacıbəyli) ta özüymüş. Bu dəfə sarsılmadım, şok olmadım, əsəbdən titrəmədim... Çünki bu ölkədə onu yaxşı, çox yaxşı, hətta lap çox yaxşı tanıyan bir neçə nəfərdən biriyəm desəm, mübaliğə saymayın. Rentgen kimi görürəm onu. Adam kindən mayalanıb, nifrətdən doğulub. Xüsusən də qadlnlara qarşı. Onunla ünsiyyətdə olduğum illərdə bircə qadın barədə xoş söz, müsbət fikir eşitmədim. Onun təbirincə, hamı - bütün qadınlar əxlaqsız, o özü isə Müqəddəs Məryəm idi. Hətta uşağını da məhz İsanın anası kimi dünyaya gətirmiş bir “ana”. Onu tanıdığım gündən çox ciddi psixiki və psixoloji problemləri olduğunu görmüşəm. Çox ciddi komplekslərinin olduğunu da. Həmişə fikirləşmişəm ki, bu adam uşaqlığında çox ciddi travmalar alıb, çox ciddi zorakılıqla üzləşib və bütün bünlar onun bütün mahiyyətində, varlığında sağalmaz izlər, yaralar buraxıb.

Deputat olduğumuz vaxt dəfələrlə onun hansısa qadınları məsxərəyə qoymasına kişi deputatların kəskin reaksiya verməsinin şahidi olmuşam. Üzdə olan qadınları gözdən salmaq üçün manyakal hikkə var bu varlıqda. Başqalarını pislədikcə sanki öz eqosunu sığallayır, rahatlayır, “qidalanır”. Təbii ki, bu psixoloji durumu təbabət araşdırmalıdlr. Mən sadəcə, müşahidələrimi qeyd edirəm. Və tanış olun: Turkel xanım bizim Gültəkinin ikinci adıdır. Amma əsl adı elə budur. Çünki Gültəkin kimi, daha ölçülü-biçili təqdim etməyı çalışır özünü. “Ləyaqət və vicdan”dan don geyinməyə cəhd edir. Maskalı-makiyajlıdır. Burada isə özüdür, əslidir, dona girmir, örtünmür. Açıq-aşkar söyür, təhqir edir, şər atır. Turkel Oğuz həm də onun hikkəsinin adıdır. Bu hikkə onu vadar edir ki, utanmadan-qızarmadan çıxıb iddia etsin ki, xalqa edilən haqsızlığa etiraz olaraq mandatdan imtina edib. Bu hikkədən cəsarətlənərək utanmadan-qızarmadan mandat üçün ağladığı qəbulları unudur və hər kəsə dərs keçməyə, ağıl öyrətməyə saxta cəhdlər edir..."

AzNews.az