Bakıya qonaq gələn gənc qadın itkin düşdü

23 Sentyabr 2019 23:07 (UTC+04:00)

Bakıda gənc qadın itkin düşüb.

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Xaçmazın Qaraçəlli kəndində yaşayan 1994-cü il təvəllüdlü Cəbrayılova Həsrət Elgiz qızı rayondan Bakının Binəqədi rayonu, Motodrom qəsəbəsi, yeni yaşayış massivində yaşayan qohumugilə qonaq gəlib. Sentyabrın 21-də o qohumunun evindən mağazaya getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az