Banqladeşdə denge qızdırması 75 can aldı

23 Sentyabr 2019 23:47 (UTC+04:00)

Banqladeşdə bu ilin əvvəlindən denge qızdırmasından 75 nəfər vəfat edib.

Ölkənin müxtəlif ərazilərində 2 minə yaxın sakin xəstəlikdən müalicə olunur.

Təkcə son sutka ərzində 461 nəfər bu qızdırma ilə xəstəxanaya yerləşdirilib.

Ümumilikdə, bu ilin əvvəlindən Banqladeşdə dengeyə yoluxanların sayı 85 min nəfəri keçib. Onlardan 83 min nəfəri sağalıb.(trend.az)

AzNews.az