Tramp: “Ərdoğanla dost olduq”

24 Sentyabr 2019 00:00 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında təşkil edilən “Dini azadlığın qorunması üçün qlobal çağırış” konfransına qatılıb.

Türkiyə KİV-i xəbər verir ki, forumda iştirak edən Ağ Ev rəhbəri rahib Endryu Kreyq Bransonun Türkiyədə sərbəst buraxılması məsələsinə toxunub. Tramp bunun üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib:

“Ötən il müzakirələrdən sonra rahib Bransonu evinə gətirdik və daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dost olduq”.

Tramp ABŞ-ın dini azadlıq və ibadət yerlərinin qorunması üçün 25 milyon dollar vəsait ayıracaqlarını da deyib.(qafqazinfo.az)

AzNews.az