Hacıqabul rayonu bu göstəriciyə görə lider oldu

24 Sentyabr 2019 10:14 (UTC+04:00)

Şəkər çuğundurunun yığım göstəricisinə görə Hacıqabul rayonu birincidir.

AzNews.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin sözcüsü Nicat Nəsirli bildirib.

Onun sözlərinə görə, bu il 28 min tondan çox məhsul götürülüb:

“Bu şəkər çuğundurudur. Emal sənayesi olduğu üçün son illər əkin sahəsi artır. Bu il 7400 hektarda əkilib, hələlik 28 min tondan çox məhsul götürülüb. Əkin sahəsinə görə İmişli (917 ha), yığım göstəricisinə (8 min 500 ton) görə Hacıqabul liderdir”.

Bahar RÜSTƏMLİ

AzNews.az