Samirin küçələrdə yaşayan qardaşı kömək istədi - VİDEO

24 Sentyabr 2019 11:25 (UTC+04:00)

Müğənni Samir Cavadzadənin qardaşı Ramin evsiz olduğunu, küçələrdə yatdığını deyib.

AzNews.az xəbər verir ki, o, ARB TV-nin "Elgizlə izlə" verilişinə müraciət edib. Kömək istəyən Ramin qardaşının ona baxmamasından gileylənib:

"Rusiyada yaşayanda evdə və ya Samirin özünün problemi olanda, mənə ağız açırdı. Hər dəfə köməklik etmişəm. İndi mən çöllərdəyəm, pis həyat sürmüşəm. Atamızın ölümündən sonra məni buradan qovdular. Dedilər, çıx get. Getdim Rusiyaya. Xəstəyəm, müalicə olunmalıyam. Yolun ortasında bəzən huşum gedir, yıxılıram. Məhəllədə kimsə kömək etmək istəyirsə, bir şey alır və ya yemək gətirir".

Aynur

AzNews.az