Bakıda iki binanın sakinləri köçürüldü - SÖKÜLƏCƏK

24 Sentyabr 2019 12:57 (UTC+04:00)

Gələn həftə Bakıda iki binanın sökülməsinə başlanılacaq.

Bunlar Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150 və Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, 51 ünvanlarında yerləşən binalardır.

Həmin binadan artıq sakinlər köçürülüb.

Sökülməsi planlaşdırılan digər 15 binadan da sakinlərin köçürülməsi üzrə işlər gedir.

Qeyd edək ki, Bakıda 17 binanın sökülməsi barədə qərar verilib. (Oxu.az)