Vurğun Əyyub vəfat etdi

24 Sentyabr 2019 13:06 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub vəfat edib.

Bu barədə AzNews.az-a professor Adil Qeybulla məlumat verib.

O qeyd edib ki, Vurğun Əyyub bu dəqiqələrdə dünyasını dəyişib:

“Çox pisəm. Vurğunu xilas edə bilmədik”.

Dəfn Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında olacaq.

Bahar Rüstəmli

AzNews.az