"Beşiktaş"ın prezidenti istefa verəcəyini açıqlayıb

24 Sentyabr 2019 13:23 (UTC+04:00)

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikret Orman istefa verəcək.

“CNNTürk”ün məlumatına görə, bu barədə 52 yaşlı funksionerin özü mətbuat konfransında bildirib.

O, İstanbul təmsilçisinə ziyan verdiyi üçün bu addımı atacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Fikret Orman 2012-ci ildən "Beşiktaş"ın prezidentidir. (report)

AzNews.az