ARDNŞ-in fəhlələri arasında kütləvi zəhərlənmə

16 May 2013 07:02 (UTC+04:00)


ARDNŞ-nin 28 May adına Neft Qaz Çıxarma İdarəsinin 4-cü dərin dəniz özülündə fəhlələr kütləvi şəkildə yeməkdən zəhərləniblər. Bu barədə məlumatı AzNews.az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı verib. M. Qəhrəmanlının sözlərinə görə, bu barədə ona 28 May adına Neft Qaz Çıxarma İdarəsindən bildiriblər.

Məlumatda bildirilir ki, yeməkdən zəhərlənən 10 nəfər helikopterlə ərazidən çıxarılıb. Yeməkxananı ərzaqla "Xəzəriaşə" MMC təmin edir: "Yataqxanaların mətbəxində yemək bişirməyə icazə verilmir, yeməkxanada yeməyə məcbur edilirlər".

Məlumatla bağlı araşdırma aparılır.


Elnarə Əlosmanqızı
AzNews.az