Gürcüstana 16 kiloqram heroin keçirən əcnəbi tutuldu

24 Sentyabr 2019 20:40 (UTC+04:00)

Gürcüstanın Batumi beynəlxalq hava limanında külli miqdarda narkotik vasitə aşkar olunub.

Cənubi Afrika vətəndaşına məxsus yükdə 16,35 kiloqram çəkidə marixuana müsadirə olunub.

Əcnəbi Gürcüstan sərhədini sentyabrın 10-da keçsə də, ona məxsus yük sentyabrın 11-də hava limanına çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.(report.az)

AzNews.az