Ruhani Tramp ilə görüşmədiyini açıqladı

25 Sentyabr 2019 08:30 (UTC+04:00)

İran prezidenti Həsən Ruhani, BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ lideri Donald Tramp ilə görüşməyi planlaşdırmır.

İran lideri vurğulayıb ki, hər iki lider ciddi məqsədə çatmaq üçün səy göstərdikləri bir vəziyyətdə belə bir görüş planlaşdırılmalı və danışıqlar bu planlara söykənməlidir:

"Əgər Birləşmiş Ştatlar səlahiyyətliləri danışıqlar aparmaq istəyirlərsə, lazımlı şərtləri yaratmalıdırlar". (Trend)