Rusiyaya köçən Gənc Tamaşaçılar Teatrının aktyoru vəfat etdi

25 Sentyabr 2019 10:08 (UTC+04:00)

Azərbaycanlı aktyor Rusiyada vəfat edib.

Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov uzun sürən xəstəlikdən sonra 41 yaşında dünyasını dəyişib.

R.Əzimov 2006-cı ilədək Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru olub. O, sonradan Rusiyaya köçüb və orada aktyor fəaliyyətini davam etdirib.

Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

R.Əzimovla bu gün yerli vaxtla saat 13:30-da Serpuxov Şəhər Musiqili Dram Teatrının səhnəsində vida mərasimi keçiriləcək.

Vida mərasimindən sonra onun cənazəsi Bakıya gətiriləcək.

Qeyd edək ki, R.Əzimov 1978-ci il dekabrın 8-də Bakı şəhərində anadan olub. (Report)