Hər gün 1 alma yeyən insanın həkimi işsiz qalar

25 Sentyabr 2019 10:52 (UTC+04:00)

Bu il ölkə üzrə 270 min ton alma yığımı gözlənilir.

AzNews.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Nicat Nəsirli məlumat verib. Onun sözlərinə görə, sentyabrın birinci yarısından şimal bölgəsində alma yığımı mövsümü başlayıb:

“Builki təsərrüfat mövsümündə ölkə üzrə 270 min tondan çox alma tədarükü gözlənilir. Bu mövsüm yerli istehsalçılara şəxsi istehlakı artırmaqla dəstək verməli olacağıq. Hər bir fərd gündəlik alma istehlakını artırmalıdır. Bu il hər bir vətəndaşa düşən alma norması 28 kq-dır. Rəsmi göstəricilər deyir ki, ildə adambaşına 21 kq alma istehlak etməliyik, amma reallıqda çox aşağıdır. Odur ki, gəlin gündəlik alma normamızı artıraq və yerli fermerimizə dəstək olaq. Almanın xüsusi həvəskarı olan ingilislər deyir ki, “hər gün 1 alma yeyən insanın həkimi işsiz qalar”.

Bahar RÜSTƏMLİ

AzNews.az