Gözəllik yarışmasının qalibi cinsini dəyişdirdi - FOTO
16 May 2013 07:41 (UTC+04:00)
Taylandda keçirilən və 29 nəfərin iştirak etdiyi müsabiqədə öz gözəlliyi ilə hamının diqqətini cəlb edən və qalib seçilən Sorrave yarışmada iştirakının səbəbini belə açıqlamışdı: "Həm maddi sıxıntılar, həm də ailəmin təkidi ilə müsabiqəyə qatıldım".
İndi isə o, həyatını buddist monastırında kişi olaraq keçirir. Müsabiqədən tac, avtomobil və 2860 dollarla ayrılan Sorrave yarışmadan sonra slikonlarını çıxartdırıb. Onun kişi kimi həyatından danışan monastırın rahibi isə Sorravenin əsl kişi olduğunu bildirib.
Elnarə
AzNews.az