Türk aktyoru Burak Özcivit Kannı fəth etdi

25 Sentyabr 2019 15:07 (UTC+04:00)

Populyar türk aktyoru Burak Özcivit Kannda keçirilən beynəlxalq sərgidə tamaşaçıları məftun edib. Bu barədə “Akşam” nəşri məlumat yayıb.

“Rusturkey” saytına istinadla xəbər verilir ki, Mehmet Bozdağın studiyası və Türkiyənin ATV kanalı Kannda keçirilən “MIPCOM 2019” beynəlxalq sərgisinə özlərinin “Diriliş. Osman” adlı yeni tarixi dramının təqdimatını hazırlayıblar.

Tədbirdən əvvəl sosial şəbəkələrdə Burak Özcivitin fotoları və poster dərc edilib. Tamaşaçıların əksəriyyətinin fikrincə, onlar Osmanlı imperiyasının yaradıcısını məhz belə - gözəl, mərd, valehedici döyüşçü kimi təsəvvür edirdilər.

“Diriliş. Osman” serialına Burak Özcivitin təsviri ilə olan poster aktyorun həm pərəstişkarlarının, həm də onu sevməyənlərin qızğın müzakirəsinə səbəb olub.

Yeni film hər bir halda Fransa tamaşaçısında dərin maraq doğurub.

Filmin yaradıcıları qeyd edirlər ki, “Diriliş. Ərtuğrul” serialının yayımı dövründə belə hal baş verməyib.