Macarıstannın Baş naziri Azərbaycana gələcək

25 Sentyabr 2019 15:13 (UTC+04:00)

Macarıstanın Baş Naziri Viktor Orban Azərbaycana səfər edəcək.

Bu barədə Macarıstanın Azərbaycandakı səfiri Viktor Şederkenyi məlumat verib.

Səfir qeyd edib ki, V. Orban gələn ay Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Türk Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

Xatırladaq ki, ötən həftə Macarıstanın paytaxtı Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Nümayəndəliyinin açılış mərasimi keçirilib. (APA)