Xalq artisti səhhətinin pisləşməsi xəbərindən danışdı - "Narahatçılığa əsas yoxdur"

25 Sentyabr 2019 16:31 (UTC+04:00)

“Səhhətimdə heç bir problem yoxdur”.

Bunu AzNews.az-a Xalq artisti Rasim Balayev mətbuatda səhhətinin pisləşməsi xəbərindən danışarkən deyib.

O bildirib ki, narahatçılığa əsas yoxdur, hər şey yaxşıdır:

“Mənə zəng edib müsahibə almaq istədiklərini bildirdilər. Dedim ki, daha müsahibə verməyəcəm. Düzü buna vaxtım da yoxdur. Çünki ayağımla bağlı müalicəyə gedirəm. Ayağım tokla masay olunur. Bunlar da götürüb yazıb ki, Rasim Balayevin səhhəti ağırlaşıb. Bunu yazanda bir düşünün, kimlərsə oxuyur, qohum, tanış, dost və ailə var. Xəbər xatirinə kiminsə səhhəti haqqında belə yalan məlumat yaymaq olmaz”.

Bahar RÜSTƏMLİ

AzNews.az