Heç bilmirəm ki, elə adam var - Əli Elnarəni tanımazlıqdan gəldi

25 Sentyabr 2019 16:44 (UTC+04:00)

Aşıq Əli Tapdıqoğlu Əməkdar artist Elnarə Abdullayevanı tənqid edib.

AzNews.az xəbər verir ki, buna səbəb xanəndənin "Xanımdan aşıq olmaz" sözləri olub. Əli "Show news"a açıqlamasında Abdullayevanı tanımadığını deyib:

"Kim nə deyir, nə demir, mənə önəmli deyil. Heç bilmirəm ki, belə söz deyilib və elə adam var. Mənə o adam haqqında sual verməyin. İndiki şou-biznesdə elə kişilər var ki, xanım qeyrəti onda yoxdur. Xanım var ki, döyüşə gedir: Həcər, Nigar. İndi real həyatımızda da qəhrəman xanımlarımız var. Həmin xanım haqqında danışmıram.

Kim ki, kənara çəkilir, ortalıqda olmur, bu üsuldan istifadə edir. Bir mövzu atırlar, bunun ətrafında hamı ad çəkməlidir. Əslində belə şeylərə reaksiya vermirəm. Bilirsiz ki, biznesdə varam, amma şouda yoxam".

/p>

Aynur

AzNews.az