Bakının hər yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır - İlham Əliyev

25 Sentyabr 2019 17:45 (UTC+04:00)

“Əlbəttə, biz bu sahəyə böyük diqqət göstəririk”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında deyib.

Prezident İlham Əliyev bildirib ki, vətəndaşların rahatlığı hər şeydən üstündür: “Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”.

AzNews.az