Acunun keçmiş arvadı Şeyma Subaşı ondan da ayrıldı

25 Sentyabr 2019 17:55 (UTC+04:00)

İş adamı Acun Ilıcalının keçmiş arvadı Şeyma Subaşı italyan sevgilisi Guido Seniadan ayrılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük sosial media hesablarından bir-birilərini izləmədən çıxarıblar.

Şeyma Subaşı uzun müddətdir münasibətdə olduğu və ona görə italyanca öyrənməyə başladığı sevgilisindən ayrılıb.

Qeyd edək ki, onlar sosial mediada birlikdə olduqları fotoları hələ ki, silməyiblər.

Səidə Vahid

AzNews.az