Maduro Putinə Bolivarın qılıncının nüsxəsini bağışladı - VİDEO

25 Sentyabr 2019 20:45 (UTC+04:00)

Venesuela prezidenti Nikolas Maduro rusiyalı həmkarı Vladimir Putinə ölkəsinin milli qəhrəmanı Simon Bolivarın qılıncının nüsxəsini hədiyyə edib.

Rusiya KİV-i xəbər verir ki, Maduro Putinə Cənubi Amerikada ispan koloniyalarının müstəqilliyi üçün vuruşan Bolivarın qılıncının nüsxəsini ona dəstək olduğu üçün təşəkkür əlaməti olaraq təqdim edib.

“Bu, Venesuelanın suverenliyinə və xalqların öz müqəddəratını təyin etmək hüququna edilən hörmət əlamətidir”, – deyə Maduro Tvitter səhifəsində yazıb.

Maduro, həmçinin, Putinlə ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə etdiklərini bildirib.(qafqazinfo.az)

AzNews.az