Elmar Məmmədyarov Nyu-Yorkda irlandiyalı nazirlə görüşdü

26 Sentyabr 2019 09:05 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə ediblər və əməkdaşlığın inkişafı üçün mövcud olan potensialı vurğulayıblar.

Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıblar, xüsusən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

AzNews.az