Ən ağır neytron ulduz müəyyən edildi - Nəzəriyyə alt-üst oldu

26 Sentyabr 2019 20:38 (UTC+04:00)

Astronomlar ölü ulduzların ən kütləvi nümunəsi olan neytron ulduz kəşf ediblər. Yeni ölçülmüş neytron ulduz J0740 + 6620 adlanır və o, Yerdən təqribən 4600 işıq ili məsafədədir. Alimlər hesab edirlər ki, bu kəşf neytron ulduzların qara dəliyə çevrilməsi nəzəriyyəsini alt-üst edib.

Qara dəliklər kimi neytron ulduzlar da kainatda baş verən supernovalar (ulduz partlayışları) zamanı məhv olan ulduzların hissəcikləridir. Hər hansı bir ulduz partlayışa məruz qaldıqda onun qalıqlarının nüvəsi öz cazibə qüvvəsinin gücü altında dağılır. Bu qalıq kifayət qədər həcmli olarsa, o daha çox cazibə qüvvəsinə malik olan qara dəliklər əmələ gətirir. Kiçik kütləli qalıqların nüvəsi isə neytron ulduzu yaradır.

“J0740+6620” obyektinin diametri 30 kilometrə yaxındır. O, Günəşdən iki dəfə, Yer kürəsindən isə 722 dəfə ağırdır. Bu obyekt istilik-nüvə enerjisindən məhrum olan və yalnız öz daxili istilik enerjisi hesabına işıq saçan ağ cırtdan ulduzun ətrafında fırlanır. Bu ikili sistemdən Yer kürəsinə işıq isə 4600 işıq ili müddətində çatır, yəni aradakı məsafə 43,52 * 1015 kilometrdir.(trend.az)

AzNews.az