Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək

27 Sentyabr 2019 10:27 (UTC+04:00)

Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək.

AzNews.az xəbər verir ki, tədbir noyabrın 16-da Heydər Əliyev Sarayında baş tutacaq. Gecədə Şövkət Ələkbərovanın repertuarında yer alan muğamlar, xalq və bəstəkar mahnıları tanınmış müğənnilərin ifasında səsləndiriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az