Türkiyədə boz kateqoriyada axtarılan terrorist zərərsizləşdirilib.
AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Verilən açıqlamada jandarm bölmələri tərəfindən sentyabrın 14-də Van kəndində keçirilən əməliyyatda zərərsizləşdirilən 5 terroristdən birinin boz kateqoriyada axtarılan Artos kod adlı Bayram Başkala olduğu deyilir.
Qeyd edək ki, boz kateqoriyada axtarılan terroristlərin yaxalanmasına görə Türkiyə DİN 300 min lirə mükafat təqdim edir.
Pərvanə
AzNews.az