Belarus teatrının aktyoru Bakıya səfər edib.
AzNews.az xəbər verir ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Akademik Musiqili Teatrında Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək.
Tamaşada Belarus Respublikasının əməkdar artisti, Belorus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları - əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Emil Heydərov, Firus Məmmədov, Rauf Babayev, Telnaz Hüseynova, Nicat Əli, Aydan Həsənova, Elməddin Dadaşov, Murad Əliyev ilə birgə eyni səhnəni bölüşəcək.
Tamaşanın quruluşçu-rejissoru əməkdar artist Boris Lukinski, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri - əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanovdur.
Sentyabrın 27-də nümayiş olunacaq tamaşa teatrın rejissor assistenti Sevinc Məmmədova tərəfindən idarə ediləcək.
Bahar RÜSTƏMLİ
AzNews.az