Türkiyədə “dəfn mərasimi“ başladı
16 May 2013 10:16 (UTC+04:00)
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda törədilən partlayışlarda həyatını itirənlərdən 3-ü torpağa tapşırılıb. Terror qurbanları Adana Məhkəmə-Tibb Ekspertizasının DNT testi ilə şəxsiyyətləri müəyyənləşdirildikdən sonra Reyhanlıya gətirilərək dəfn edilib. Dəfn mərasimində yüzlərlə adam iştirak edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Suriya ilə sərhəddə yerləşən Reyhanlı rayonunda 4 partlayış nəticəsində 51 nəfər ölmüşdü.
AzNews.az