Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasına yeni rəis təyin olunub.
Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə ədliyyə polkovnik-leytenantı Asif Quliyev təcridxanaya rəis təyin olunub.
Qeyd edək ki, A. Quliyev daha öncə məntəqə tipli cəzaçəkmə müəssəsinin rəisi vəzifəsində çalışıb. 2 saylı istintaq təcridxanasının əvvəlki rəisi ədliyyə polkovniki Ruslan Rəsulov olub.(qafqazinfo.az)
AzNews.az