Gənc oğlan tanımadığı şəxs tərəfindən döyüldü

28 Sentyabr 2019 23:25 (UTC+04:00)

Abşeron rayonunda döyülmə hadisəsi baş verib.

1991-ci il təvəllüdlü Vəliyev Mübarək Rafael oğlu tanımadığı şəxs tərəfindən döyülüb.

Zərərçəkən təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb.

Ona bədənin və baş nahiyəsinin müxtəlif dərəcəli travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az