Azərbaycana verilən beynəlxalq dəyər

29 Sentyabr 2019 18:37 (UTC+04:00)

Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil olub. Hesabata istinad etsək, ölkəmiz 4 sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb;

- əmlakın qeydiyyatı;
- kreditlərin alınması;
- minoritar investorların hüquqlarının qorunması;
- müqavilələrin icrasının təmin edilməsi.

Hesabata əsasən, paytaxtın Bakının kadastr xəritəsinin tərtib olunması və hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.

Ümumiləşdirsək və daha sadə dillə ifadə etsək, ölkəmizin nüfuzlu hesabatda irəliləməsinə əsas səbəblər sırasında hökumətin əksər sahələrdə öz xidmətlərini elektronlaşdırmasını, bu xidmətlərin əlçatanlığının təmin olunmasını vurğulmaq mümkündür. Əhali ilə ünsiyyətdə prosedurların sadələşdirilməsi, get-gəlin və tələb olunan bir sıra xərclərin azaldılması, şəffaflığın önə çıxması hesabatı hazırlayanların diqqətini cəlb edən əsas amillər kimi çıxış edir.

Bu isə “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksələn Azərbaycanın növbəti hesabatda da layiqlı yerdə qərarlaşmasına təsir edib.

Hesabat Azərbaycandakı davamlı islahatlara kənar və tam tərəfsiz baxış olmaqla, həyata vəsiqə qazanan yeniliklərin beynəlxalq qurumların diqqətindən yayınmamasının əyani göstəricisidir.

İslahatların davamlılığı baxımından ölkəmiz son illәrdә yeni vә daha intensiv mәrhәlәni yaşayır. Prezident İlham Əliyev islahatları yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirərək daha əlçatan və əhali məmnunluğuna hesablanan siyasәt strategiyası hәyata keçirir. Qәbul edilən fundamental qәrarlar, imzalanan sәrәncamlar sırf әmәli fәaliyyәtә, praqmatizmә söykәnib, reallığa adekvat xarakter daşıyıb.

İctimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatların aparılması Azәrbaycanı Cәnubi Qafqaz regionunda böyük nüfuz sahibinә, lokomotiv dövlәtә çevirib. Qlobal enerji vә kommunikasiya layihәlәrinin ardıcıl surәtdә hәyata keçirilmәsi, bazar iqtisadiyyatı prinsiplәrinin tam bәrqәrar olması, xarici investisiyaların regionların inkişafına yönәldilmәsi, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması kimi vacib mәqamlar da mövcud iqtidarın siyasәtinin prioritet istiqamәtlәri sırasında xüsusi vurğulanmalıdır. Təkcə son üç ilin sosial-iqtisadi yekunlarının tәhlili isbat edir ki, Azәrbaycan Prezidenti ölkәnin qarşısında duran problemlәri vә onların hәlli yollarını düzgün müәyyәnlәşdirib, bu yöndә әmәli tәdbirlәr hәyata keçirib.

Şәffaflığını artırılması mәqsәdilә həm idarəetmədə, həm qanunvericilkdə islahatların gerçəkləşdirilməsi, әhalinin güzəranının yaxşılaşdırılması, kommunal islahatların aparılması, sahibkarlığın inkişafına mane olan amillәrin aradan qaldırılması kimi mühüm mәsәlәlәrin həlli üçün atılan addımların əyani şahidiyik. Son 4-5 ildə icra strukturları tәrәfindәn vәtәndaşların narazılığına səbəb olan bir sıra problemlərin həlli üçün görülən tədbirlərin əhatə dairəsi də kifayət qədər genişdir.

Qeyri-neft sektorunun möhkәmlәnmәsinə, iqtisadiyyatın neftdәn asılılıq dәrәcәsinin azaldılmasına, sosial infrastruktun yenilәşdirilmәsinə, özәl sektorun vә sahibkarlığın inkişafına xüsusi diqqәt mövcuddur.

Bir sözlə, Azәrbaycanın son illәrdә әldә etdiyi zәngin tәcrübә analoji inkişaf yolunda olan digәr ölkәlәr üçün dә model rolunu oynamaqdadır.

Bütün bunlar isə beynəlxalq dəyərlə tamamlanmaqdadır. “Doing Business” hesabatında Azərbaycanın 20 ən islahatçı ölkədən biri elan olunması görülən işlərə verilən ən yüksək qiymətdir.

Dünya Bankı kimi nüfuzlu bir qurumun hesabatında Azərbaycanın ən islhatçı ölkələrdən biri kimi yer alması xarici investisiyaların cəlb edilməsində, Azərbaycanın iqtisadi imkanlarının tanıdılmasında mühüm faktor kimi çıxış edəcək.

Bu, həm də ölkәmizin islahatlarda qabaqcıl mövqeyi barәdә beynәlxalq alәmdәki rәyin daha da möhkәmlәnmәsinə gətirib çıxaracaq. Azərbaycanın beynәlxalq imicinin daha da güclənməsinə təkan verəcək.

Prezident İham Әliyev islahatları davam etdirmək əzmindədir. Görünən və sevindirici hal odur ki, iqtidar üçün həyata keçirilən islahatların daha da dərinləşdirilməsi proritetdir. Bu siyasәt isə Azәrbaycanı günü-gündәn daha böyük iqtisadi uğur vә nailiyyәtlәrә yaxınlaşdırmaqla, insanların maddi rifah halının yüksәlmәsinә, vətəndaş məmnunluğunun artmasına sәbәb olacaq.

Elman Babayev