Dünən axşam anası ilə İstanbulun Etiler səmtində görüntülənən aktrisa Defne Samyeli “Cem Yılmaz ilə evlənəcəksinizmi?” sualına cavab verib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Defne Samyeli 1,5 il öncə eşq yaşamağa başladığı komediya ustası Cem Yılmazla bağlı “əyləndiyim, özümü güvəndə hiss etdiyim bir münasibətim var” deyib.
Cem Yılmaz da bu mövzuya “içimdə bu münasibət çox uzun illər davam edəcəkmiş kimi bir hiss var” açıqlamasını verib.
Dünən axşam anası Sendegül Samyeli ilə “Etiler Akmerkez”dəki “Paper Moon Restaurant”da yemək yeyən Defne Samyeli çıxışda “Cem Yılmaz ilə evlənəcəksiniz?” sualına gülərək belə cavab verib:
“Biz belə çox yaxşı və çox xoşbəxtik”.
Səidə Vahid
AzNews.az