Azərbaycanlı deputata İsveçdə yüksək vəzifə verildi

30 Sentyabr 2019 14:32 (UTC+04:00)

İsveç parlamentinin azərbaycanlı deputatı Aylin Fazelian İsveç Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Azərbaycan türkünün Partiyanın Mərkəzi Komitəsinə üzv seçilməsi böyük uğurdur. Bu, Aylinin partiyada nüfuzunu göstərir. Aylin İsveçin ictimai-siyasi və sosial-mədəni mühitində fəallığı ilə seçilir”, - E.Eltürk bildirib.

Qeyd edək ki, Aylin əslən Güney Azərbaycandandır. Ailəsi 30 il əvvəl İsveçə köçüb.