Müğənni ərini həbsə göndərdi

30 Sentyabr 2019 21:48 (UTC+04:00)

Müğənni-aparıcı Seren Serengilin boşanma ərəfəsində olduğu həyat yoldaşı Yaşar İpək barədə məhkəmə qərarı çıxarılıb.

“Hürriyet” xəbər verir ki, İpək Serengilə psixoloji və fiziki şiddət göstərməsi səbəbindən aparıcıya 1 ay müddətinə yaxınlaşa bilməyəcək və 3 gün həbsxanada yatacaq.

Yaşar İpək sabah İstanbul Ədalət Sarayındakı prosesdən sonra Metris Cəzaçəkmə Müəssisəsinə göndəriləcək.(qafqazinfo.az)

AzNews.az