Xalq artisti Rasim Balayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb.
Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib.
O, qeyd edib ki, görüş Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində baş tutub:
“Leyla xanım Əliyeva “İkinci Nəsimi-şeir, incəsənət, mənəviyyat” festivalı çərçivəsində “LEYLA, FONS, VITAE” poesiya tamaşasının təqdimatına gəlmişdi. Mən də həmin görüşə dəvət almışdım. Orada görüşdük. Leyla xanım görüşdə öz şeirlərini oxudu. “Nəsimi ili” ilə əlaqədar müzakirə apardıq. Keçirilən tədbirlərdən danışdıq”.
Bahar RÜSTƏMLİ
AzNews.az