Bu brendin təqdimatı keçiriləcək

2 Oktyabr 2019 10:08 (UTC+04:00)

Dastan brendinin Şəki və Qarabağ kolleksiyalarının təqdimatı keçiriləcək.

AzNews.az xəbər verir ki, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən mərasim Ədibin Evi yaradıcılıq Mərkəzində baş tutacaq. Tədbirdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Əsgər Ələkbərov açılış nitqi ilə çıxış edəcək.

Tədbirin mədəni proqramına “muğam trio" və Tünzalə Ağayevanın ifaları daxildir. Həmçinin, gələn qonaqlar brendin istehsal etdiyi keramika, batika, zərgərlik və taxta sənətinə aid məhsullarla tanış olacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az