“Nida”çı gəncin məhkəməsi təxirə salındı

16 May 2013 14:57 (UTC+04:00)
Bu gün Nəsimi rayon məhkəməsində N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvü Üzeyir Məmmədlinin barəsində seçilən həbs qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı keçirilməli olan proses təxirə salınıb.

Bu barədə AZNEWS.AZ-a hərəkatdan məlumat daxil olub. Məlumata görə, hakim müxtəlif bəhanələrlə məhkəmə iclasını təxirə salıb: "Hakim orderin surətinin vəsatətə əlavə olunmadığını deyib. Halbuki bu qanunvericilikdə nəzərdə tutulmayıb".

Məhkəmə sabah saat 12-də davam etdiriləcək.

Qeyd edək ki, "Nida" Vətəndaş Hərəkatının 7 üzvü həbsdədir. Onlar, Əzizov Məmməd, Quliyev Bəxtiyar , Novruzlu Şahin, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlıdır. Onlara qarşı 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Əzizov Məmməd ,Quliyev Bəxtiyar və Novruzlu Şahinə həm də Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Anar Gəraylı
AzNEws.az