İlham Əliyev Şamaxıya gedib

16 May 2013 15:12 (UTC+04:00)
Dövlət başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Azərbaycan prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, uşaq-əyləncə guşələri qurulub.

AzNews.az