Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayevin səhhəti ağırlaşıb.
AzNews.az xəbər verir ki, özünü pis hiss edən aktyor xəstəxanaya aparılıb. Müayinə zamanı ürək damar cərrahı Rəşad Mahmudov onun ürəyində problem olduğunu müəyyən edib.
Həkim təcili olaraq Kazım Abdullayevi əməliyyat edib. Hazırda aktyorun səhhəti stabildir.
Bahar RÜSTƏMLİ
AzNews.az