Azərbaycan və Ermənistan XİN rəhbərləri Krakovda görüşəcəklər

16 May 2013 16:18 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 17-də Polşanın Krakov şəhərinə səfər edəcək, orada AŞ Şərq Tərəfdaşığı və "Vışeqrad qrupu" dövlətlərinin xarici siyasət idarələri rəhbərlərinin görüşündə iştirak edəcək.

Səfər zamanı Məmmədyarovun ikitərəfli görüşləri planlaşdırılır. Xüsusən, Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan XİN rəhbəri Nalbandyanla görüşü gözlənilir.

Ermənistan XİN belə bir görüşün keçiriləcəyini təsdiq edib.(musavat.com)

AzNews.az