ABŞ ən böyük hərbi təlimlərini Rusiyanın qonşuluğunda keçirəcək

3 Oktyabr 2019 12:50 (UTC+04:00)

ABŞ “soyuq müharibə”dən sonra Avropada ən böyük hərbi təlimlərini keçirməyi planlaşdırır.

AzNews.az-ın məlumatına əsasən, bu barədə Kaliforniya ştatını təmsil edən konqressmen-demokrat, Nümayəndələr palatasının hərbi qüvvələr məsələləri üzrə komitəsinin üzvü Con Qaramendi Varşavada keçirilən təhlükəsizlik üzrə forumda çıxışı zamanı bildirib.

“Bu təlimlərin məqsədi bizim müdafimizi gücləndirmək və müttəfiqlərin qarşılıqlı əməkdaşlığını gücləndirməkdir”, - deyə konqressmen bildirib.

Onun sözlərinə əsasən, NATO ABŞ və Avropa ölkələrinin təhlükəsizliyində həlledici rol oynayır.

AzNews.az