Azərbaycanda müğənni vəfat etdi

3 Oktyabr 2019 15:07 (UTC+04:00)

Müğənni Lalə Əliyeva vəfat edib.

40 yaşlı ifaçı onkoloji xəstəlikdən əziyyət çəkib.

Lalənin xəstəliyi ilə əlaqədar aparılan müalicə fayda verməyib və o ölüb. Bu barədə ifaçının yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edək ki, Bakıda anadan olan Lalə Əliyeva şanson janrının mahir ifaçısı olub. O, daha çox el şənliklərində fəaliyyət göstərib. (Oxu.az)