Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyinə qarğış etdi

3 Oktyabr 2019 15:26 (UTC+04:00)

Aparıcı Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyini tənqid edib.

Aparıcının avtomobili saxladığı yerdən aparılıb.

Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb:

“Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar?. “Duxu”nuz çatırdı, qabağımdakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər”. (Musavat.com)