Balıq tuturdu, cərəyan vurdu

3 Oktyabr 2019 19:50 (UTC+04:00)

Ucar rayonunda 28 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini 1991-ci il təvəllüdlü Alı Zahid oğlu Umudov kənd ərazisindən keçən kanaldan elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən, ehtiyatsızlıqdan onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az