Rusiyalı jurnalist İranda tutuldu - İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib?

4 Oktyabr 2019 14:24 (UTC+04:00)

Rusiyalı jurnalist Yuliya Yuzik İranda saxlanılıb.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, Rusiyanın Tehrandakı səfirliyindən bildirilib ki, məsələdən xəbərdardırlar.

Jurnalistin saxlanılması faktı araşdırılır.

“Azadlıq” radiosunun Rusiya bürosunun xəbərinə görə, Y. Yuzik İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.

Yaxın günlərdə onun məhkəməsi keçirilməlidir. (APA)