Soydaşımız barda 25 yaşlı gəncin başına bıçaq sancdı

16 May 2013 20:15 (UTC+04:00)

Mayın 15-də Rusiyanın Tolyatti şəhərində azərbaycanlının iştirakı ilə cinayət hadisəsi baş verib. "Şokolad" disko-barında yaranan münaqişədə Tolyatti pivə zavodunun 25 yaşlı ekspeditorunun başına bıçaq zərbəsi vurulub. Araşdırma nəticəsində ona zərbə vuran şəxsin 23 yaşlı Gürcüstan vətəndaşı olan azərbaycanlı olduğu ortaya çıxıb.

Yaralı şəxs həddindən artıq içkili olduğundan baş verənlər barədə daha çox şahidlər məlumat verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, soydaşımız Tolyattidə qeydiyyatsız yaşayırmış. Ancaq hələlik Tolyatti sakininin başına bıçaq sancan şəxsi taparaq məsuliyyətə cəlb etmək mümkün olmayıb.

Elnarə
AzNews.az