Ceyhun Bayramov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü

4 Oktyabr 2019 17:55 (UTC+04:00)

Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpla görüşüb.

Bu barədə britaniyalı diplomat "Twitter"də bildirib.

“Biz Təhsil Nazirliyi ilə ingilis dili, ali təhsil və peşə tədrisinin sahələrində sıx əməkdaşlıq edirik. Bu məsələlər Azərbaycanın uzun müddətli gələcəyi üçün çox vacibdir”, - deyə C. Şarp qeyd edib. (APA)